Baş nazirdən qərar

SOSİAL 18 noy 2021, 20:57

Nazirlər Kabineti qrant müqavilələrinin qeydə alınması qaydasında dəyişiklik edib.

Bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

“Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin Qərarı Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.5-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Belə ki, Sərəncamda Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin “ASAN xidmət” indeksi əsasında qiymətləndirilməsinin nəticələri əsasında dövlət xidmətlərinin təkmilləşdirilməsi mexanizminin yaradılması tapşırılıb.

Qərara əsasən, dövlət xidmətlərinin göstərilməsi zamanı dövlət informasiya ehtiyatları və sistemlərində olan sənədlərin (məlumatların) vətəndaşlardan tələb edilmədən həmin informasiya ehtiyatları və sistemlərindən əldə edilməsi, bununla da dövlət xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı müddəası müəyyən edilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top