Azərbaycanda itkin düşən rəfiqələr tapıldı

HADİSƏ 18 noy 2021, 13:42
Azərbaycanda gənc qızlar itkin düşüb.

Demokrat.az xəbər verir ki, hadisə noyabrın 4-də Şəki və Qəbələ rayonları ərazisində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini, 2002-ci il təvəllüdlü V.N (ad, soyadı şərti) və onun rəfiqəsi, Qəbələ rayon sakini, 2003-cü il təvəllüdlü H.F evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Daha sonra hər iki şəxsin Bakı şəhərində olduqları müəyyən olunub. Onlar Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək özlərinə qarşı hər hansı qanun pozuntusunun baş vermədiyini, öz istəkləri və şəxsi işləri ilə əlaqədar həmin müddət ərzində Bərdə şəhərində olduqlarını bildiriblər.

Araşdırma zamanı V.N və H.F Məhkəmə-Tibbi Ekspertizasından keçməkdən imtina ediblər.

Faktla bağlı araşdırmalar aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top