Xızıda azyaşlı qıza əxlaqsız hərəkət edildi — Təfərrüat

KRİMİNAL 18 noy 2021, 10:22
Xızı rayonunda azyaşlı qıza qarşı əxlaqsızlıq edən şəxsə cinayət işi açılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, rayon sakini Xıdır Almuradovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib. 

Xıdır Almuradovun barəsində olan cinayət işi baxılması üçün Xızı rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim İlqar Cabbarovun icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası dekabrın 1-nə təyin olunub. 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə ittiham olunan şəxsin əməli sübuta yetirilsə, həmin şəxsi bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza gözləyir. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top