Koçaryan Paşinyanı istefaya səslədi

GÜNDƏM 16 noy 2021, 22:27

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” müxalifət bloku ölkədəki vəziyyətlə bağlı bəyanatla çıxış edib.

Ermənistan müxalifəti yaranmış vəziyyətdə Baş nazir Nikol Paşinyan hökumətini ittiham edərək, Ermənistanda xaosun hökm sürdüyünü bildirib.

Qeyd olunub ki, müxalifət vəziyyətin tam həllini hakimiyyətin istefasında görür. N.Paşinyanın istefasından sonra bacarıqlı qüvvələrin birləşməsi, yeni hökumətin formalaşdırılması, Ermənistanın xarici və daxili problemlərinin həlli üçün siyasətin təmin edilməsinin zəruriliyini vurğulayıblar. /qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top