Hulusi Akar: “Şuşa Bəyannaməsi tarixi bir addımdır”

XARİCİ SİYASƏT 16 noy 2021, 13:03
“Türkiyə Silahlı Qüvvələrinin hazırda Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil fəaliyyətlərinə dəstəyi, həmçinin işğaldan azad olunan ərazilərdə birlikdə minatəmizləmə fəaliyyəti davam edir”.

Demokrat.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

“Artıq Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı təsəvvür edilə bilməyəcək səviyyəyə çatıb. Təhlükəsizlik məsələsi başda olmaqla, az qala, hər sahədə əməkdaşlığımızı nəzərdə tutan Şuşa Bəyannaməsi bu mənada tarixi bir addımdır”, - o bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top