Prezidentin yaratdığı quruma sədr əvəzi təyin edildi — Köhnə sədr kənarda qaldı

GÜNDƏM 16 noy 2021, 09:22
Bu ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında yaradılan "Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsə sədr əvəzi təyin olunub.

Demokrat.az xəbər verir ki, ləğv edilən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktor müavini Emin Adil oğlu Rəsulov "Hərracların Təşkili Mərkəzi”nə gətirilib. 

Ləğv edilən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Şükür oğlu Məlikov yeni yaradılan quruma təyinat almayıb.(qaynarinfo.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top