Avropa çempionatı: Azərbaycanın şahmat yığması Almaniyanı məğlub edib

İDMAN 16 noy 2021, 00:10

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında IV turun görüşləri keçirilib.

İlk 3 turu qələbə ilə başa vuran kişilərdən ibarət Azərbaycan millisi bu dəfə Macarıstanla üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Yığmanın liderləri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun heç-heçə etdiyi turda Rauf Məmmədov qələbə qazanıb, Qədir Hüseynov isə uduzub. Bu, kişi şahmatçıların yarışdakı ilk heç-heçəsi olub.

Qadınlardan ibarət komanda isə Almaniya ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb - 3:1. Gülnar Məmmədova və Gövhər Beydullayeva rəqiblərinə qalib gəlib. Günay Məmmədzadə ilə Xanım Balacayeva isə heç-heçəyə razılaşıblar.

Avropa çempionatı, IV tur

Kişilər

Macarıstan - Azərbaycan - 2:2

Viktor Erdyoş - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Ferents Berkeş - Teymur Rəcəbov - 0,5:0,5

Tamaş Banus - Rauf Məmmədov - 0:1

Benyamin Qledura - Qədir Hüseynov - 1:0

Qadınlar

Almaniya - Azərbaycan - 1:3

Elizabet Paets - Günay Məmmədzadə - 0,5:0,5

Josefin Heynemann - Gülnar Məmmədova - 0:1

Anna-Mari Klek - Xanım Balacayeva - 0,5:0,5

Melani Lübbe - Gövhər Beydullayeva - 0:1

Qeyd edək ki, ilk üç turda kişilər İtaliya, Serbiya və Almaniyadan üstün olublar. Qadınlar isə Türkiyə və İsveçi məğlub etsələr də, Gürcüstana uduzublar./report.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top