AXCP üzvünə 10 il cəza verildi

HADİSƏ 15 noy 2021, 11:38
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümmətovun cinayət işi üzrə məhkəmə prosesi keçirlib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan hökm oxunub. 



Aqil Hümmətovun 10 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, Aqil Hümmətov 2021-ci ilin avqustunda həbs olunub. O, yaşadığı Zirə qəsəbəsində Yamən Məmmədovu bıçaqlamaqda təqsirli bilinir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top