YAP-ın qurultaylarında qəbul edilən qərarlar ölkəmizin inkişafı üçün əhəmiyyətli rol oynayıb

GÜNDƏM 15 noy 2021, 09:40
Sovet rejiminin süqutundan sonra bir sıra respublikalar müstəqillik əldə etdi. Respublikamız da çox ağır, qanlı-qadalı, olduqca çətin günlər yaşasa da həmin vaxtlar müstəqillik qazanmağa nail oldu.
      
Həmin dövrdə bir tərəfdən erməni yurdsuz cinayətkarları öz doğma yurd-yuvalarından söydaşlarımızı illər öncə dəfələrlə olduğu kimi departasiya etdilər. Respublikaya minlərlə qaçqın və köçkünlər gəldi, digər tərəfdən isə Azərbaycana Rusiyanın qoşunları yeridildi. Yüzlərlə insan, o cümlədən körpə uşaqlar namərd gülləsinə tuş gəldi.

Vəziyyət olduqca gərgin idi. Respublika səriştəsiz, aciz rəhbərlərin əlində qalmışdı.
      
Həmin vaxtlar respublikada demək olar ki, xaos yaranmışdı. Belə bir vəziyyətdən istifadə edən bir sıra dırnaq arası siyasətçilər müxtəlif qurumlar, partiyalar yaratdılar. Lakin bu partiyalar, qurumlar, təşkilatlar xalqı düşdüyü siyasi, iqtisadi və mənəvi böhrandan çıxara bilmədi. Bu qurumları yaradan və rəhbərlik edən səriştəsiz insanlar vəziyyəti daha da ağırlaşdırdılar. Ümidsiz xalq çıxılmaz vəziyyətdə qalmışdı. Ümumi vəziyyət respublikada getdikcə gərginləşirdi. Yeni yaradılan partiyalar və qurumlar öz aralarında biri-biri ilə respublikaya rəhbərlik etmək uğrunda mübarizə aparırdılar. Respublika vətəndaş müharibəsi ərəfəsində idi. Xalqın ziyalıları demək olar ki, siyasətdən kənarlaşdırılmışdı. Belə kritik bir vəziyyətdə xalqı yalnız səriştəli, yüksək səviyyəli, dünya şöhrətli bir insan - Heydər Əliyev xilas edə bilərdi. Odur ki, xalqını, vətənini düşünən və narahat olan  91 nəfər ziyalı respublikamızı bu ağır vəziyyərdən, böhrandan çıxarmaq üçün yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Onlar  bu partiyaya rəhbərliyi öz üzərinə götürməsi üçün yalnız xalqını sevən, harada olursa olsun hər an xalqı, vətəni üçün çalışan, görkəmli siyasətçı, o vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyevdən xahiş etmək üçün,  blokadada olan Naxçıvan Muxtar Respublikasına yola düşdülər.  
        
Bu tək 91-lərin deyil, bütün Azərbaycan xalqının istəyi idi. Lakin respublikaya rəhbərlik etmək arzusunda olan bir sıra bacarıqsız insanlar və onların tərəfdaşları Heydər Əliyevi Bakıya gəlməyə qoymadılar. Belə vəziyyətdə respublikadan 550 nəfərdən ibarət qrup Naxçıvan Muxtar Respublikasına yola düşərək partiyanın təsis konfransını orada keçirdilər.
        
1992-ci ilin noyabr ayının 21-də Naxçıvanda konfrans keçirildi. Bu konfransda bütün regionlardan nümayəndələr iştirak edirdi. 
       
Təsis konfransı Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirildi və xalqın xilaskarı Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasına sədr seçildi. Konfransda eyni zamanda partiyanın idarə heyyəti, müavinləri və siyasi şurası seçildi.
       
Beləliklə 21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyası yaradıldı.
        
Ümumilli Lider Heydər Əliyev: “Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük, ən intellektual səviyyədə, ən böyük hörmətə malik olan siyasi partiyadır. Yeni Azərbaycan Partiyası bu günün partiyasıdır, sabahın partiyasıdır, XX1-ci əsrin partiyasıdır, üçüncü min illiyin partiyasıdır”.
        
2005-ci ilin mart ayında keçirilən YAP-ın Qurultayında isə xalqın sevimlisi İlham Əliyev Yeni Azərbaycan Partiyasına sədr seçildi. İlham Əliyevin YAP-a sədr seçilməyi ilə partiyada yeni mərhələ başladı.
       
Heydər Əliyevin siyasi varisi olan İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha da genişləndirmək məqsədi ilə uğurlu addımlar atdı.
      
Partiyaya gənclərin axını başladı. Gənc kandlara etimad göstərildi, onlara yüksək qiymət verildi.
      
Ümumiyyətlə indiyə qədər YAP-n keçirdiyi Qurultaylarda qəbul edilən tarixi qərarlar ölkəmizin inkişafı üçün əhəmiyyətli rol oynayıb.

Şəhla Ağbulud
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top