Politoloq: “Şuşanın çox parlaq gələcəyi var”

QARABAĞ 14 noy 2021, 23:38

“Şuşa çox qısa zamanda Azərbaycanın incisinə çevriləcək, bu da şəhərin ölkənin mədəniyyət paytaxtı elan edilməsinə kifayət qədər uyğundur”.

Bunu açıqlamasında rusiyalı tarixçi və politoloq, professor, "Valday" Beynəlxalq Diskussiya Klubunun proqram direktoru Oleq Barabanov deyib.

“Şuşanın çox parlaq və gözəl gələcəyi var, şəhərdə həyat çox sürətlə canlanır.

Barabanovun sözlərinə görə, o, qədimliyin, böyük mədəniyyətin hiss olunduğu gözəl şəhər olan Şuşaya ilk dəfə səfər edib.

“Təəssüf ki, son 30 ildə çoxlu dağıntılar olub, amma nəhəng tikinti gedir, gözəl yol çəkilib, infrastruktur inkişaf edir”, - politoloq qeyd edib.

Ekspert hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin şəhərin ölkənin mədəniyyət paytaxtına çevrilməsi təşəbbüsü çox fəal şəkildə həyata keçirilir.

"Ölkə rəhbərliyinin ərazilərin bərpası üçün göstərdiyi səylər Şuşanı və işğaldan azad edilmiş digər şəhərləri çox tez həyata qaytarmağa imkan verəcək", - Barabanov bildirib. /report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top