Aqil Abbas: "Erməni rusa qumbara atsa, ağzını cırıq-cırıq edərlər onun”

GÜNDƏM 13 noy 2021, 17:30
Xəbər verdiyimiz kimi, erməni təxribatçıları Şuşada 3 Azərbaycan əsgərinin xəsarət alması ilə nəticələnən insident törədib. Norayr Mirzoyan adlı erməni Azərbaycan əsgərlərinə tərəf qumbara atıb.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas münasibət bildirib.

“Əsgərimizin əlində avtomat var, güllələməli idilər”, - deyən Aqil Abbas terrorçunun yalnız Azərbaycan mövqeyinə zərər verdiyini bildirir.

“Yazırlar ki, erməni terrorçu Azərbaycan və rus postlarına qumbara atıb. Xeyr, atdığı post rus yox, Azərbaycan postudur. Rusa atsa, ağzını cırıq-cırıq edərlər onun”.

Aqqil Abbas təxribatçının gələcək aqibəti ilə bağlı da fikirlər səsləndirib: "Yəqin ki, rus sülhməramlıları Xocalıda onun da heykəlini qoyarlar. Heç nə, buraxacaqlar, çıxıb gedəcək. Həmin adam rəsmi surətdə rus sülhməramlılarından tələb olunmalıdır. Təhvil verilməlidir Azərbaycana, çünki hadisə bizim ərazimizdə törədilib".

Qeyd edək ki, Şuşada hərbçilərimizə qumbara atan Norayr Mirzoyana qarşı Azərbaycanda cinayət işi açılıb.(yeniavaz.com)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 dek 2021, 08:30
Top