DTA turizm sənayesi nümayəndələrinin Ağdam rayonuna səfərini təşkil etdi — FOTOLAR

TURİZM 13 noy 2021, 17:05
Noyabrın 13-də Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesi nümayəndələrinin işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub.

Səfərdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin və hotellərin nümayəndələri, həmçinin bələdçilər və turizm blogerləri iştirak ediblər.

Səfər çərçivəsində “İmarət” kompleksinə, Çörək muzeyinə, Dram teatrının qalıqlarına baxış keçirilib, eləcə də Şahbulaq qalası, Ağdam Cümə məscidi və Qiyaslı kəndindəki məscid ziyarət olunub.

İştirakçılar 30 illik işğal müddətində “kabus şəhər”ə çevrilən Ağdama qarşı törədilmiş urbisid aktının nəticələrini müşahidə ediblər və rayonun mövcud turizm imkanlarını qiymətləndiriblər.

Səfər iştirakçıları Ağdam şəhəri də daxil olmaqla rayonun yenidənqurulması və bərpası istiqamətində görülən işlərlə tanış olublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Ağdam üzrə xüsusi nümayəndəliyi tərəfindən “Yolumuz Ağdama” adı ilə səfərlərin Ağdam şəhəri daxil olmaqla rayonun minalardan təmizlənmiş hissəsinə həyata keçirilməsi nəzərdə tutulub.

“Yolumuz Ağdama” səfərləri xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında təşkil olunacaq.

No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top