“Baktelecom”un yeni “gəlir mənbəyi”: “İnterneti kəsir, şikayət zənglərindən pul qazanır”

İKT 13 noy 2021, 16:41
İnternet vasitəsilə xidmət göstərən və təhsil alan şəxslər üçün internet hava-su kimi lazımdır. Amma internet xidməti ilə bağlı təminatında tez-tez fasilələr yaranır.

Demokrat.az xəbər verir ki, inhisarçı mövqe qazanan dövlət provayderi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) abunəçiləri ödənişləri vaxtlı-vaxtında ödəsə də, tez-tez interneti kəsilir.  

Dövlət resurslarından yetərincə bəhrələnən və özəl provayderlərə yetərincə mane olan “Baktelecom” abunəçilərə seçim imkanı buraxmayıb. Ona görə də, “Baktelecom”un internet xidmətinin səviyyəsini yaxşılaşdırmaqda maraqlı görünmür. Belə ki, illərdir baş verən probemlərin aradan qaldırılması istiqamətində tədbirlər və təkmilləşmə işləri həyata keçirmir.

Abunəçilərin “Baktelekom”un “155” saylı Çağrı Mərkəzi ilə əlaqə saxlamaq cəhdləri də onlara baha başa gəlir. Belə ki, şirkətin operatoru saatlarla müştərini “növbə”də gözlətdirir. Çağrı mərkəzinə zəng ödənişli ximdət olduğu üçün müştərinin balansından konturlar çıxır. Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın 2.1-ci maddəsinə əsasən Çağrı Mərkəzi müraciətlərin qəbulunu və cavablandırılmasını ödənişsiz həyata keçirir. "Baktelecom"da dövlət qurumudur. 

Beləliklə, “Baktelecom”un yaratdığı problem vasitəsilə çağrı mərkəzinə edilən zənglərdən digər dövlət şirkəti "Azercell" də pul qazanır. Nəticədə təkcə müştəriyə maddi ziyan deyil, mənəvi ziyan da dəyir. Stress və gəringlik yaşayan müştəriyə dəymiş zərər görə, “Baktelecom” nəinki kompensasiya vermir, üzr belə istəmir.

“Baktelecom” şəhərin mərkəzində yerləşən parklarda “İctimai WiFi” adı ilə özünü pulsuz reklam edir. Belə ki, şirkət “pulsuz internet” adı ilə açıq məkanda yerləşdirdiyi reklam lövhəsinə görə, dövlət rüsumu və yayım haqqından yayınır. Qanuni prosedurları icra etməyən “Baktelecom”un rəhbərliyi dövlətin imkanlarından və vətəndaşlardan “fayda”lanaraq varlanmaqda davam edir.  

Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair” Strateji Yol Xəritəsinə əsasən xarici investorların cəlb edilməsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Baktelecom”un özəlləşdirilməsi nəzərdə tutulub. Bu telekommunikasiya müəssisəsinin özəlləşdirilməsi ilə burada müasir texnologiyaların tətbiqinə, göstərdikləri xidmətlərin keyfiyyətinin yüksəlməsinə, həmin xidmətlər bazarında inhisarçılığın aradan qalxmasına nail olmaq mümkündür. Həm də dövlətə ciddi gəlir gətirəcək.

Amma “Baktelecom” özünü o qədər arxalı hiss edir ki, 5 ildir Srtateji Yol Xəritəsi icra edilmir, sorğu-şikayəti də istehza ilə qarşılayırlar.(bakıvaxtı.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top