Generalın restoranı cərimələndi

SOSİAL 12 noyabr 2021, 21:54

Noyabrın 10-da ölkə üzrə 402 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.

AQTA-dan  verilən məlumata görə, keçirilən monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələrindən biri Bakı şəhəri, Yasamal ‎‎rayonu, H. Zərdabi pr., ev 20 ünvanında yerləşən, hüquqi şəxs "XS-500 Group” MMC-yə məxsus "Atlantis” restoranıdır.

Manset.az-ın məlumatına görə,  AQTA tərəfindən cərimələnən "Atlantis” restoranı keçmiş millət vəkili, ehtiyatda olan general-leytenant Əliağa Hüseynova məxsusdur. /pravda.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top