Hafiz Hacıyevin vəziyyəti ağırlaşdı: Süni tənəffüs aparatına qoşuldu

GÜNDƏM 12 noy 2021, 16:31
Bir müddət öncə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev evə buraxılsa da, səhhətindəki problemlər aradan qalxmayıb.

Siyasətçi açıqlamasında evdə müalicə aldığını, vəziyyətinin kafi olduğunu qeyd edib:

"Məni xəstəxanadan yenidən evə buraxıblar, hazırda evdə müalicə olunuram, oksigen (süni tənəffüs - red.) aparatına qoşulmuşam. Sizinlə çətinliklə danışıram. Çox sağ olun, axtardığınız üçün, Allah köməyiniz olsun”.

Qeyd edək ki, Hafiz Hacıyev bundan əvvəl Türkiyədə müalicə olunub.(yenisabah.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top