Səfirlərin həyat yoldaşlarına maaş verilsin — Nazirlikdən TƏKLİF

GÜNDƏM 12 noy 2021, 14:21
Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin xaricdəki diplomatik nümayəndəliklərində işləyən diplomatlarla bağlı yeni təklif verib. 

Demokrat.az xəbər verir ki, bu barədə 2022-ci ilin dövlət və büdcə layihələrinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. 

“Xarici İşlər Nazirliyi xaricdəki diplomatik nümayəndəliklərdə işləyən diplomatlarla bağlı bizə müraciət ediblər. Təklif edirlər ki, səfirlərin, diplomatların həyat yoldaşlarına da maaş təyin olunsun”, - deyə Samir Şərifov əlavə edib. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top