Samir Şərifov: "Hərbçilərin maaşlarının artırılması nəzərdə tutulur"

DAXİLİ SİYASƏT 11 noy 2021, 14:34
“Hərbi qulluqçuların maaşlarının artırılması nəzərdə tutulub”.

Demokrat.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Bununla bağlı dövlət büdcəsində müəyyən artımlar var. Hesab edirəm ki, əhəmiyyətli artımlar olacaq”, - nazir bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top