Azərbaycanda əfv və amnistiya ilə azadlığa buraxılan şəxslərin sayı açıqlandı

HADİSƏ 11 noy 2021, 12:37
"Bu günə qədər Azərbaycanda 67 əfvetmə haqqında sərəncam imzalanıb ki, bu da 8774 nəfərə şamil edilib. Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb ki, bu da 5 672 nəfərə şamil olunub".

Demokrat.az xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə keçiirlən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən Amnistiya Aktları nəticəsində minlərlə ailəyə sevinc bəxş edilib: "Bu günə qədər həyata keçirilən 11 Amnistiya Aktı 11 7770 şəxsə şamil edilib. Prezident İlham Əliyevin hakimiyyəti Heydər Əliyev Fondunun təşəbbüsü ilə 4 Amnistiya Aktı 40 412 nəfərə şamil olunub. Zəfər Günü münasiti ilə həyata keçiriləcək amnistiya dövlətin hümaniat siyasətinin mövti təzahürüdür".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top