İcra başçısının çıxışı zamanı şəhid qızının bu addımı gündəm oldu — VİDEO

GÜNDƏM 11 noyabr 2021, 09:35
Göyçayda keçirilən tədbirlərin birində maraqlı anlar yaşanıb.

Demokrat.az xəbər verir ki, bu, rayonun icra başçısı Mehdi Səlimzadənin çıxışı zamanı qeydə alınıb.

Belə ki, RİH rəhbərinin çıxışı zamanı şəhid Toğrul Hacıyevin 4 yaşlı qızı Ləman şeir deməyə başlayıb. Şəhid övladının bu videosu sosial şəbəkələrdə maraqla qarşılanıb. İcra başçısı şəhid qızının addımını gülüşlə qarşılayıb.

Qeyd edək ki, Toğrul Siyavşah oğlu Hacıyev 4 fevral 1991-ci ildə Göyçay rayonunun Çayarxı kəndində anadan olub. O, oktyabrın 25-i Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin Ləmanla yanaşı, iki yaşlı Tunar adlı oğlu da Vətənə yadigar qalıb.(qafqazinfo.az)



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 00:28
17 sentyabr 2025, 23:12
17 sentyabr 2025, 22:39
Top