İstanbuldan Bakıya uçan təyyarə güclü külək səbəbindən bir saat havada qaldı

SOSİAL 10 noy 2021, 22:54

Bakıda müşahidə edilən əlverişsiz hava şəraiti bir sıra fəsadlarla yanaşı hava nəqliyyatında da problemlər yaradıb.

Belə ki, axşam saatlarında başlayan və gecəyə doğru sürətini artıran güclü külək İstanbuldan Bakıya uçan Türk Hava Yollarına məxsus təyyarənin hava limanına enməsinə mane olub.

Təxminən bir saat havada gözləyən təyyarə nəhayət eniş üçün imkan tapıb və salamat şəkildə Heydər Əliyev adına Hava Limanına düşüb./oxu.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top