Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın firavanlığına xidmət edir

GÜNDƏM 10 noy 2021, 09:58
1918-ci il may ayının 28-də yaranmış Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi dövrdə Azərbaycanın Konstitusiyası olmayıb. Həmin vaxtlar Konstitusiya xarakteri daşıyan aktlarla qərarlar qəbul edilib. Bu aktlar Azərbaycan Konstitusiyasının başlanğıcı kimi qiymətləndirilir.
        

1922-ci ilin dekabr ayının sonunda Sovet Sosialist Respublikaları İttifaqı  yaranmışdır və  beləliklə də Azərbaycanın müstəqiliyi tamamilə ləvg olunmuş və Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olmuşdur.
         
1924-cü ildə SSRİ-nin ilk Konstitusiyası qəbul olunmuş və onun əsasında 1925-ci ildə 1921-ci ildə qəbul olunmuş Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına müəyyən dəyişiklər edilmişdir.
         
1991-ci ildə nəhayət Azərbaycan öz müstəqilliyini əldə etdi. Zəngin dövlətçilik təcrübəsinə malik olan Azərbaycan xalqının xilaskarı Heydər Əliyev Azərbaycan Respublikasının ilk Konstitusiyasını yaratdı. Yeni Konstitusiyanın hazırlanması ərəfəsində xüsusi komissiya yaratdı və özü də bu komissiyaya rəhbərlik etdi.
        
Ümummilli lider Heydər Əliyev: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”.
         
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91, 9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi.
        
Konstitusiyanın qəbul edilməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən biri idi.
        
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbiq etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.
        
Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”.

Şəhla Ağbulud
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top