Karateçilərimiz dünya çempionatına yollanır — Növbəti sınaq Serbiyada olacaq (FOTOLAR)

İDMAN 09 noyabr 2021, 14:09
Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası dünya çempionatı öncəsi yığma komandanın məşqçiləri və idmançıları ilə birgə geniş tərkibdə görüş keçirib.

Demokrat.az-ın xəbərinə görə, Zəfər Günündə bir araya gələn yığma komanda heyəti 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının İdarə Heyətinin üzvü Arif Məmmədov Zəfər Günü münasibətilə görüş iştirakçılarını təbrik edib və və yığma komandanın son hazırlıq prosesindən danışıb.

A.Məmmədov, dünya çempionatında yığma komandanın layiqli nəticə göstərəcəyinə inandığını bildirib. Dünya və Avropa çempionu əlavə edib ki, karateçilərimizin öz gücünü göstərməsi baxımından bu yarış olduqca vacib əhəmiyyət daşıyır. Həmçinin, qeyd olunub ki, bu, iki ilə qədərdir pandemiya səbəbindən yarışlardan uzaq düşən yığma komanda üzvlərinin ilk ciddi sınağıdır.

Qeyd edək ki, karate üzrə Dünya Çempionatı Serbiyanın Zrenjanin şəhərində 12-14 noyabr tarixlərində baş tutacaq. Azərbaycan yığması bu yarışa 70 nəfərlik heyətlə qatılacaq. Dünya çempionatının Zəfər Gününün ildönümü ilə üst-üstə düşməsi yığma komandaya əlavə ruh yüksəkliyi verir və idmançılarımız tamamilə başqa əhval-ruhiyyədədir. Sevindirici haldır ki, artıq karateçilərimiz Azərbaycanı xarici yarışlarda qalib ölkənin idmançıları kimi təmsil edəcəklər. Bu, onların medallar qazanaraq, üçrəngli bayrağımızı dalğalandırılması və himnimizi səsləndirməsi üçün əlavə güc verəcək.











Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top