Prezident təqaüdçüsü olan kapitan vəfat etdi — FOTOLAR

SOSİAL 08 noy 2021, 09:53
Veteran dənizçi, kapitan, Prezident təqaüdçüsü Aslan Musayev 91 yaşında vəfat edib.

Demokrat.az bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) istinadən xəbər verir.

Məlumata görə, mərhum sabah dəfn olunacaq.

ASCO rəhbərliyi və kollektivi həmkarlarının doğmalarına başsağlığı verir, Allahdan rəhmət diləyir.

Xatırladaq ki, Aslan Musayev 1952-ci ildən 2009-cu ilədək fasiləsiz gəmiçilik sahəsində müxtəlif vəzifələrdə çalışıb.





Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top