Anası ikiaylıq uşağı xəstəxanaya atıb getdi — FOTO

SOSİAL 07 noy 2021, 19:46
Gəncədə xəstəxanaya yerləşdirilən ikiaylıq uşaqla bağlı yeni detallar məlum olub.

Oxu.Az-ın müxbirinin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, körpə anası tərəfindən xəstəxanaya verilib.

Belə ki, o, əvvəlcə körpəni uşaqlar evinə aparsa da, orda qəbul etməyiblər, daha sonra isə xəstəxanaya qoyaraq ordan uzaqlaşıb.

Hələlik ananın kimliyi haqqında məlumat yoxdur.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Gəncə şəhərində ikiaylıq uşaq küçəyə atılıb.

Qız uşağı olan körpəni küçədən keçən şəxslər tapıb və o, 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib.

Körpə müayinə olunub və hazırda vəziyyəti normaldır. O, suni qida alır, hər hansı bir xəstəliyi yoxdur.

Körpənin çəkisi 4 kq-dan artıqdır, boyu 58 santimetrdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top