Türkiyə və Azərbaycan komandoları Davraz dağının zirvəsini fəth etdilər — VİDEO

HƏRBİ 06 noy 2021, 16:31
Türkiyə komandoları İsparta və İqdir rayonları ərazisində yerləşən Davraz dağına yürüş ediblər.

Demokrat.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, yürüşdə Azərbaycan və Somalidən olan və hazırda Türkiyədə kurs keçən komandolar da iştirak edib.

“Şəhidlərin xatirəsini anmaq üçün təşkil edilən yürüşdə 3 min komando iştirak edib. Şəhidlərimizin xatirəsini ehtiramla yad edirik”, - nazirlikdən bildirilib.



Yürüşün sonunda Darvaz dağının zirvəsinə qalxılıb, orada komandolar müxtəlif marşlar oxuyublar, Azərbaycan, Türkiyə, Somali bayraqları açılıb.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top