ÜST daha bir peyvəndin istifadəsinə icazə verdi

DÜNYA 03 noy 2021, 21:57
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanın “Bharat Biotech“ şirkətinin koronavirusa qarşı hazırladığı “Covaxin“ peyvəndinə təcili istifadə üçün icazə verib.

“Qafqazinfo” xəbər verir ki, beynəlxalq qurumun tövsiyəsinə müvafiq olaraq peyvəndin beynəlxalq istifadəsi lisenziyalaşdırılıb.

Bununla da BMT təsisatlarının portfoliosuna koronavirusa qarşı sayca səkkizinci peyvənd əlavə edilib, onlara bu peyvəndin alışı və paylanmasına icazə verilib.

ÜST tərəfindən yayılan məlumatda qeyd olunur ki, keyfiyyət, təhlükəsizlik, təsir gücü, risk menecmenti planı və proqrammatik yararlılıq üzrə məlumatların tədqiqi əsasında peyvənd barədə qərar verilib. Qurumun Texniki Məşvərət Qrupu “Covaxin“ peyvəndinin ÜST tərəfindən müəyyən edilmiş COVID-19-a qarşı qoruma standartlarına cavab verdiyi qənaətinə gəlib.

Eyni zamanda, Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurası (SAGE) inaktiv SARS-CoV-2 virus hissəciklərindən istifadə olunmaqla hazırlanan peyvəndin aralıq müddəti dörd həftə olmaqla iki dozada tətbiqini tövsiyə edib.

Qeyd edilməlidir ki, ÜST indiyədək “Biontech/Pfizer”, “Moderna”, “AstraZeneca”, “Johnson&Johnson”, “Sinopharm” və “Sinovac” peyvəndlərinin təcili istifadəsinə icazə verib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noy 2021, 18:28
Top