İsa Qəmbər Çingiz Abdullayevdən danışdı: "Xətrinə dəymək istəmirəm..."

GÜNDƏM 03 noy 2021, 09:35
“Çingiz Abdullayev xətrinə istədiyim yazıçılardandır. Oxunaqlı janrda yazır, biri var, plov, biri də var, çərəz yeyirsən... Azərbaycanın dünyada məşhur yazarlarından biridir. Ona görə də xətrinə dəymək istəmirəm. Amma yaxşı olar ki, hər kəs mükəmməl bildiyi sahələrlə məşğul olsun”.

Demokrat.az xəbər verir ki, bunu Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bildirib.

“Ekspertlər bildirirlər ki, “birinci Qarabağ savaşı”, “ikinci Qarabağ savaşı” terminləri düzgün deyil. Çünki birinci Qarabağ savaşı 1918-1920-ci illərdə olub, qalibiyyətlə başa çatıb. Bildilir ki, 44 savaş üçüncü Qarabağ savaşıdır. Bu, tarixçilərin diskussiya aparacağı mövzudur. 1990-cı illərdəki müharibəni “yox” saymaq tarixi gerçəkliyə uyğun deyil, Azərbaycanın maraqlarına ziddir. 1991-1994-cü illərdə müharibədə şəhid olan 22 min nəfər haqqında kitab var. Qeyri-rəsmi də 30 min deyirlər. 30 minədək şəhid verdiyimiz müharibəyə “olmayıb” demək absurddur, yazıçıya, ziyalıya yaraşmır” - İ.Qəmbər qeyd edib.(pravda.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top