Akif Təvəkküloğlu Milli Məclisdən ayrıldı: Yeni vəzifəyə təyin olundu

GÜNDƏM 01 noy 2021, 12:24
Uzun illər Milli Məclisdə çalışan Akif Təvəkküloğlu parlamentdəki işindən ayrılıb.

Demokrat.az xəbər verir ki, A.Təvəkküloğlu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) vəzifəyə gətirilib.

A.Təvəkküloğlu AHİK-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, A.Təvəkküloğlu 2006-2020-ci illərdə Milli Məclisin mətbuat katibi vəzifəsində çalışıb.

O, altıncı çağırış Milli Məclis işinə başlayandan sonra həmin vəzifəsindən azad edilib və parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top