Konfrans Liqası: "Qarabağ"ın səfər proqramı açıqlandı

İDMAN 01 noy 2021, 09:35
UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda "Kayrat"ın qonağı olacaq "Qarabağ"ın səfər proqramı bəlli olub.

Ağdam təmsilçisinin Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, kollektiv noyabrın 2-də saat 15:15-də yola düşəcək.

Komanda Almatıda "Rixos Hotel"də məskunlaşacaq. Noyabrın 3-də yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə saat 20:15) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 15 dəqiqə sonra isə açıq məşq təşkil olunacaq.

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top