Zəngəzurda iri şirkət fəaliyyətini dayandırdı: 1500 erməni işsiz qaldı

REGİON 31 okt 2021, 00:29
Ermənistanın Zəngəzur mahalında “Ajdanak” nəqliyyat-tikinti şirkəti işlərini dayandırıb. Nəticədə 1500 erməni işsiz qalıb.

"Bizimmedia" erməni mətbuatına istinadən xəbər verir ki, şirkət bunun səbəbini hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqələndirir.

Səhər saatlarında Qafan polis idarəsinin əməkdaşları bütün avadanlığın müayinə üçün polis bölməsinə çatdırılmasını tələb ediblər. Bu barədə şirkətin Facebook səhifəsində məlumat verilib.

Şirkət rəhbərliyi bu tələbi qanunsuz, məntiqsiz və qəbuledilməz adlandırıb.

Ermənistan polisi mövzu ilə bağlı şərh verməyib./

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top