“Uşaq xəstəxanasında soyuqdan tir-tir əsirik” — Əməkdar artist

SOSİAL 30 okt 2021, 19:45
“İki gündür nəvəmin səhhəti ilə bağlı, müalicə alması üçün Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasında qalıram. Çox təəssüf ki, xəstəxananın istilik şəraiti və sanitariya qaydaları yoxdur”.

Demokrat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb.
 
Nəvəsinin xəstə olduğunu və tibb müəssisəsinə yerləşdirildiyini bildirən aktrisa onun yanında qaldığını deyib. Xanlarova tibb mərkəzinin şəraitsizliyindən gileylənib:

“2 nömrəli uşaq xəstəxanasında soyuqdan tir-tir əsirik. Bilmirik uşağın qayğısına qalaq, yoxsa soyuğun dərdini çəkək. Harada görülüb ki, xəstəxananın yemək hazırlayanı həm sanitariya işlərinə baxsın, həm də gəlib xəstə körpələrə yemək paylasın? Virusun yayıldığı bu vaxtda nə dərəcədə düzgündür? XXI əsrdə yaşamağımıza baxmayaraq, xəstəxanaya gedərkən özümüzlə birlikdə qızdırıcı aparmalıyıq? Palatada qızdırıcıdan yanğın hadisəsi baş versə, 3-cü mərtəbədən özümüzü necə xilas edəcəyik? Baş həkim başda olmaqla, bütün həkimlərdən razıyam. Amma bu soyuğa körpələr dözmür. Buz kimi su ilə uşaqlar necə təmizlənsinlər? Tək özüm üçün demirəm, bu xəstəxanada müalicə alan, imkansız ailələrin övladları var. Onların qayğısına qalmaq lazımdır. Əgər dediklərimin yalan olduğunu düşənən varsa, bütün mətbuat nümayəndələri gəlib xəstəxanada çəkiliş apara bilərlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top