Məhkəmələrin Aslan İsmayılovla bağlı qərarları ləğv edildi

GÜNDƏM 29 okt 2021, 21:58
Azərbaycan məhkəmələrinin hüquqşünas Aslan İsmayılovla bağlı qərarları ləğv edilib.

Sozcu.az-ın xəbərinə görə, bu barədə A.İsmayılov özü məlumat verib.

“Yəqin ki, Ginnes rekordlarının qeyd olunduğu ünvana müraciət etməli olacam. Yer üzündə 3 dəfə məhkum olunmuş vəkil kimi, 3-cü dəfə vəkilliyə qəbul olunmaq şansı qazanmışam.

Elektron ünvanıma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 8 oktyabr 2021-ci il tarixli Qərarı daxil olub. Bəlli oldu ki, Avropa İnsan Haqları Məhkəməsinin 13 mart 2020-ci il tarixli Qərarına nəhayət ki, 1 il 7 ay keçdikdən, yüzlərlə şikayət ərizələrimdən, çıxışlarımdan sonra Ali Məhkəmə baxıb və 2013-cü ildə vəkillikdən xaric olunmağımla bağlı bütün Azərbaycan məhkəmələrinin qərarlarını ləğv edib. İş yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilib. Yəqin ki, buna da bir neçə ildən sonra baxılar” – hüquqşünas qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top