Azərbaycan nümayəndəsi Beynəlxalq Anti-Korrupsiya Akademiyasının İdarə Heyətinə üzv seçildi

XARİCİ SİYASƏT 28 okt 2021, 11:19
Oktyabrın 27-də Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin qərargahında Azərbaycanın üzv olduğu Beynəlxalq Anti-Korrupsiya Akademiyası beynəlxalq təşkilatının üzv dövlətlərinin onuncu sessiyasının növbəti iclası keçirilib.

Bu barədə Demokrat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Onuncu sessiyada həmin beynəlxalq təşkilatın idarə edilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib, o cümlədən Akademiyanın rəhbər qurumu olan İdarə Heyətinə seçkilər keçirilib.

Avropa Regionundan Azərbaycan Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Musayev Elnur Novruz oğlunun namizədliyi irəli sürülüb.

Namizədlər Beynəlxalq Anti-Korrupsiya Akademiyasının növbəti illərdə inkişafı və nüfuzunun artırılması ilə bağlı platforma xarakterli təqdimatlarla çıxış ediblər.

Gərgin rəqabət şəraitində keçən seçkidə E.Musayev səs çoxluğu ilə Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib.

Qeyd edək ki, E.Musayevə Prezident İlham Əliyevin 30 sentyabr 2021-ci il tarixli sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top