Dələduzlar şəhid polkovnikin adına səhifə açıb pul yığırlar — FOTO

HƏRBİ 26 okt 2021, 23:50
Dələduzlar sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adına saxta səhifə açıblar.

Bu barədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.

O bildirib ki, sözügedən səhifədə şəhidlərə ehsan adı altında pul yığılır.

"Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına şəhidin ailəsi tərəfindən müraciət olunub. Belə dələduzlara aldanmayın. Paylaşaq hamı məlumatlı olsun", - T.Şahmuradov çağırış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top