Qazaxda axundun azyaşlıya təcavüzü iddiaları ilə bağlı açıqlama

SOSİAL 26 okt 2021, 18:34
Qazax rayonunun axundunun rayon məscidində azyaşlı qıza təcavüz etməsi ilə bağlı iddia səsləndirilib.

Bildirilib ki, rayon polis şöbəsində işə araşdırma aparılmadan xitam verilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlamasında iddiaların əsassız olduğunu və böhtan xarakteri daşıdığını söyləyib:

“2016-cı ildə Qazax Rayon Polis Şöbəsinə rayonun sakini T.İ-nin İ.S. tərəfindən tez-tez zəng edilərək narahat edilməsi barədə məlumat daxil olub və müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top