Bakıda 22 yaşlı gənc bıçaqlandı

KRİMİNAL 26 okt 2021, 10:27
Bakıda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə oktyabrın 25-də saat 20 radələrində paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Əliyev Şükran Mürsəl oğlu həmyaşıdı olan tanışı Heydərov Tural Məmmədtağı oğluna yaşadığı mənzildə bir neçə bıçaq zərbəsi endirib. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən Ş.Əliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top