Sabirabadda 53 yaşlı kişini avtomobil vurub

HADİSƏ 25 okt 2021, 23:22
Sabirabad rayonunda bir nəfərin xəsarət almasıilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Cəngən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Mübariz Əsədalı oğlu yolda gedərkən minik avtomobili onu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top