Binəqədidə 65 yaşlı qoca döyüldü — Vəziyyəti ağırdır

KRİMİNAL 25 oktyabr 2021, 08:43
Bakıda 65 yaşlı kişi döyülərək ağır xəsarət alıb.

Demokrat.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Xəzri Həşim Əjdər oğlu tanıdığı şəxs tərəfindən döyülüb. O, təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı H.Xəzriyə qapalı kəllə-beyin travması, baş-beynin ağır dərəcəli əzikləri və beyinin daxili qan sızması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, cərrahi əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 sentyabr 2025, 21:43
Top