Azərbaycanlı jurnalistdən Türkiyə kanalında yeni layihə — Poster — VİDEO

MEDİA 24 okt 2021, 21:46
Azərbaycanlı telejurnalist Nərmin Balayeva Türkiyənin Haber Global kanalında yeni "Poster" proqramı ilə tamaşaçılarının görüşünə gəlir.

Bu barədə aparıcı özü Bizim.Media-ya məlumat verib.

O, proqramın tezliklə öz rəngarəngliyi ilə tamaşaçı rəğbətini qazanacağına ümid etdiyini deyib.

""Poster"də sənət haqqında danışacağıq. Bundan başqa verilişdə son dəb trendlərindən, gözəllik sirrləridən də söz açacağıq. Sonda isə dünyanın müxtəlif ölkələrindən olan sənət adamları ilə söhbət edəcəyik. İlk Müsahiblərim Türkiyənin məşhur incəsənət xadimləri Orxan Gencebay və Erdal Beşikci oldu.
 
Daha sonra "Netflix"də yayımlanan məşhur "Kağız ev" ( La casa de papel) serialında baş rollarından biri olan "Berlin" obrazını canlandıran aktyor  Pedro Alonso Ocaro ilə maraqlı söhbətimiz oldu. Proqramın çox maraqlı olacağına söz verirəm".
Sonda Nərmin Balayeva Azərbaycan tamaşaçılarını də hər şənbə günü, Bakı vaxtı ilə saat 18:30-da Haber Global ekranlarında "Poster" verilişini izləməyə dəvət edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top