Silsilə oğurluq edənlər tutuldular

SOSİAL 24 okt 2021, 12:18

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törədən Naftalan şəhər sakinləri saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmalarla müəyyən edilib ki, Naftalan şəhər sakini əvvəllər məhkum olunmuş, Namiq Cavadov və həmyerlisi Sərxan Azər oğlu oktyabr ayının müxtəlif vaxtlarında, qabaqcadan əlbir olaraq, rayonun Qızılhacılı qəsəbəsində 2 mağazaya qeyri-qanuni yolla daxil olaraq hər bir mağazadan ümumi dəyəri 3 484 və 3 238 manat olan tütün məmulatları və danışıq kartları oğurlayıblar. Bundan başqa, saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onların rayon ərazisində 3 poçt məntəqəsi və 1 icra nümayəndəliyinin inzibati binasına qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif kompüter qurğuları və 100 manat nağd pul oğurlaması məlum olub.

Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top