Bu azərbaycanlılar Rusiyada orduya cəlb edilə bilməz— AÇIQLAMA

SOSİAL 18 iyul 2025, 13:50
"Rusiyada yaşayan azərbaycanlılar bir neçə kateqoriya ilə fərqlənir. Çağırış yaşına uyğun olan və Rusiya vətəndaşı olan azərbaycanlıların ordudan yayınmaq imkanı yoxdur. Onların ordudan kənarda qalmaq üçün keçərli səbəbləri varsa, (əlillik, tibbi, fiziki, ruhi problemlər) imtiyazlı olduqlarını təsdiqləməlidirlər. Bunun üçün müxtəlif yollar, vasitələr var".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, vətəndaşlığı olmayan, müvəqqəti olaraq Rusiyada yaşayanlar orduya çağırıla bilməzlər:

"Orduya çağırılanlar ancaq Rusiya vətəndaşı olmalıdırlar. Azərbaycanda da bu qayda hər zaman öz qüvvəsini saxlayır. Bu proseslər hər biri yerli qanunvericiliklə tənzimlənir. Azərbaycanlılara qarşı bəzi təxribat düşkünləri tərəfindən kampaniyalar aparılırsa, prosesə cəlb edilirlərsə, bu, yolverilməzdir. Belə hal sözün əsl mənasında diskirminasiyanın təzahürüdür".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top