"Çəyirtkələr kənd təsərrüfatına, bitkilərə həddən artıq ziyan verən həşərat növüdür. Xüsusilə 1920-1925-ci illərdə çəyirtkələr sürü halında İrandan gəlir, məhsulu başdan-başa məhv edirdilər. Araşdırmalara görə Azərbaycanda çəyirtkələrin 125-ə yaxın növü var. Çəyirtkələr xüsusilə sürfə qoyma mərasimində çoxalır, külli miqdarda yem tələb edirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.
O bildirib ki, Bakıda çəyirtkələrin peyda olması qeyri-adi hadisədir:
"Görünür ki, Bakıda Zirə, Türkan, Mərdəkan kimi əkin sahələri olan yerlərdə peyda olublar. Çəyirtkələr uça bildiyi üçün yaşıllıq axtararkən evlərə də daxil ola bilirlər. Onlarla mübarizənin 3 növü var-mexaniki, aqro-texniki və kimyəvi növ. Mexaniki üsul ağır texnika ilə həşəratların əzilməsidir. Aqro-texniki üsulla əkin sahələrində, sürfə qoyulan yerlərdə həşəratlar şumlanır. Kimyəvi üsul isə əsrin əvvəlindən kütləvi hücum zamanı istifadə edilir. Müxtəlif maddələr, pestisit səpilməklə həşəratlar məhv edilir. Kimyəvi üsul məsləhət deyil, çünki torpaq da zəhərlənir. İki üsulla qarşısını almaq lazımdır. Əgər alınmasa, çox böyük ziyan verə bilər".
Qeyd edək ki, sosial şəbəkələrdə Bakıya kütləvi çəyirtkə hücumu ilə bağlı videolar yayılıb.
Əfsanə Kamal
Demokrat.az