“Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması, əgər Yaxın Şərqdə sülhün birdəfəlik bərqərar olmasına xidmət edəcəksə, bu, Azərbaycan üçün keçərli bir siyasət ola bilər”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, belə bir qeyri-stabil vəziyyətdə Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması İsrailə və ABŞ-ın Yaxın Şərq siyasətinə heç nə verməyəcək:

“Azərbaycanın belə bir vəziyyətdə iştirakı da arzuolunan deyil. Perspektivdə belə bir ehtimal var. Bu, bir şərtlə mümkün ola bilər ki, İsrail Fələstinlə ikidövlətli bir həll siyasətinə üstünlük versin, Fələstini müstəqil dövlət kimi tanısın.
Sazişə Azərbaycandan sonra digər türk dövlətləri də qoşula bilər. Yetər ki, məqsəd Yaxın Şərqdə münaqişə toxumunu səpənlərin qarşısını almaq, sülhü təmin etmək və region ölkələrinin inkişafına səbəb olmaq olsun”.
Cavidan Mirzəzadə
Demokrat.az