"İndi gənclər səndən nə götürsün?"

ŞOU-BİZNES 18 iyul 2025, 16:21
"Səs, istedad yoxdur. Bilmirlər nə ilə diqqət çəksinlər. Bir səsini göstər, sonra nə edirsən et. O qədər sənətkarlar var ki, makiyajsız çıxırlar, amma sənət və səsi var".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "İncə səhər" verilişində deyib. Sənətçi yeni və bayağı mahnı ifaçılarını tənqid edib:

"Mikrofonu götürürlər nə not, nə oxuduqları mahnının hansı muğam üstündə olduğunu bilirlər. Yazıqlar olsun bu gün mədəniyyətimizi aşağı səviyyədə təqdim edənlərə. Bundan sonra gənclərimiz nə götürəcəklər? Biz vaxtında sənətkarlardan nəsə götürmüşük. Bilirik, nə səhnələr olub. İndi uşaqlar yutubu, sosial şəbəkəni açıb nə görür? "Mən brendəm, trendəm" deyirlər. Mən doğulandan brendəm".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top