Saakaşvilinin tərəfdarları Batumidə aksiya keçirdi

REGİON 23 okt 2021, 23:25
Gürcüstanın keçmiş prezidenti, bir neçə gün öncə həbs olunmuş Mixeil Saakaşvilinin tərəfdarları Batumidə aksiya keçirir.

Demokrat.az xəbər verir ki, aksiyaya minlərlə şəxs qatılıb.

Mitinq oktyabrın 30-na təyin edilmiş yerli seçkilərin ikinci turunda müxalifətə dəstək məqsədilə təşkil edilib. Eyni zamanda aksiyanın əsas tələblərindən biri də Mixail Saakaşvilinin azadlığa buraxılmasıdır.

Aksiyaçılar əllərində “Mişaya azadlıq” şüarlarını tutublar. 

Milli Hərəkat Partiyasının nümayəndələri aksiyaçılar önündə çıxış ediblər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top