Feysbukun yeni adı bu olacaq?

İKT 23 okt 2021, 10:01
Feysbuk sosial şəbəkəsinin yeni adı "Meta.com" ola bilər.

Demokrat.az xəbər verir ki, bu barədə öz "Facebook" səhifəsində PavelGross.ru saytının domen brokeri Pavel Qross-Dneprov bildirib.

Mütəxəssis son bir ay ərzində ".com" zonasında domenlərin kütləvi şəkildə satın alındığını qeyd edib: "Bunları "Facebook" domenləri ilə məşğul olan şirkət alır. Buna görə, "Meta.com" olacağını düşünürəm".

Qeyd edək ki, Feysbukun adını dəyişəcəyi oktyabrın 20-də məlum olub.(trend.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top