“Ermənistanda bizə lazım olan iki nəfər var: Paşinyan və Arutyunyan”

GÜNDƏM 22 okt 2021, 23:34
“Ermənistanda bizə lazım olan iki nəfər: Nikol Paşinyan və Araik Arutyunyan. Bizə lazım olan isə iki ifadə mövcuddur. Qarabağ Ermənistan deyil və ya Böyük Ermənistan yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu siyasi şərhçi Əziz Əlibəyli qeyd edib.

Onun sözlərinə görə, gec də olsa, ermənilər hər iki fikiri səsləndiribər:

“Amma mənə ən çox maraqlı gələn siyasətçi Vigen Xaçatryanın fikirləri oldu. Vigen Xaçatryan deyir: “Artsax” olmadan Ermənistanın gələcəyi yoxdur fikrini təbliğ etmək çox təhlükəlidir. Yəni Ermənistanın gələcəyi “Artsax” sayəsindədir, Artsax varsa, Ermənistan olacaq, yoxsa olmayacaq? Siyasi mövqe baxımından bu belə olsa da, səhvdir. Amma bu o demək deyil ki, məsələdən imtina edirik. Amma son məqsəd “Artsax” yox, Ermənistandır”, - deyə Əziz Əlibəyli bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top