Rusiya prezidenti Zəngəzur dəhlizindən danışdı

GÜNDƏM 22 okt 2021, 00:35
”Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır. Bu Ermənistan qarşısında duran ən birinci vəzifələrdən biridir”.
Bunu  Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Disskusiya klubunun plenar iclasında çıxışında bildirib.

“Regionda səmərəli iqtisadi həyatın, səmərəli əməkdaşlığın qurulmasında, o cümlədən Azərbaycanla gələcəkdə münasibətlərin qurulmasında, Türkiyə ilə münasibətlərin donunun açılmasında, bu münasibətlərə müasir xarakterin verilməsində Ermənistan prinsipcə bunda maraqlıdır. Bu, bu və ya digər halda əsas məqsədə nail olunmasına gətirib çıxarmalıdır - iki dövlətin təhlükəsiz mövcudluğunun və iqtisadi inkişaf üçün şərtlərin yaradılmasına gətirib çıxarılmalıdır.

Bunu etmək mümkündürmü, ya yox? Mümkündür. Qan tökülməsini dayandırmaq üçün bizdən asılı olan hər şeyi etdik, təkcə bunu deyil: sülhməramlılarımız layiqincə vəzifələrini yerinə yetirirlər”, deyə Rusiya prezidenti vurğulayıb./apa

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top