Qurban Qurbanov: "Əzmkarlıq hesabına qələbə qazandıq"

İDMAN 21 okt 2021, 23:18
"Futbolçuları təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqib standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar, ikinci hissədə isə biz onlara çətinliklər yaratdır. Bu gün futbolçuların daha istəkli olduğunu gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi. Hər birinə təşəkkür edirəm".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Qazaxıstanın "Kayrat" klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarını dəyirdirib: "Bizim qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır. İki səfər oyunumuz qalıb. Rəqiblər həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Rəqibin "Bazel"ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Bakıda daha yaxşı oynadılar. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçular daha peşəkar olmalıdırlar".
Qurbanov rəqiblərin müdafiədən oynamasının onlara çətinlik yaratdığını söyləyib: "Oyunu adətən rəqib zonada qurmaq istəyirik. Hər halda bizim futbolçularımız belə olanda daha tez böyüyürlər. Biz hücumda olanda da müdafiəni düzgün qurmalıyıq. Arxa xəttdəki oyunçulardan çox şey asılıdır".
Təcrübəli baş məşqçi görüş ərzində səbrli olduqlarını sözlərinə ələvə edib: "Mən oyunçulara da deyirdim ki, öz oyunumuzundan əl çəkməyək. Müdafiə olunan komanda təzyiq çox olanda səhvlərə yol verir. Biz sonadək mübarizə aparmalıyıq. 3:0 öndə olsaq belə, tempi qorumalıyıq. Sonradan meydana çıxanlarda da özlərini yaxşı tərəfdən göstərdilər. Əzmkarlıq hesabına qələbə qazandıq".

Mütəxəssis Bədavi Hüseynovun komandanın əsas futbolçularından biri olduğunu söyləyib: "İnanıram ki, qayıdanda özünü yaxşı tərəfdən göstərəcək. Onun heyətə düşməyində özündən daha çox şey asılı olacaq".

Qurbanov hər oyunçunun qoluna sevindiyini vurğulayıb: "Gizlətməyəcəyəm, Ramil Şeydayevin qoluna daha çox sevinirəm. Onun əzmkarlığı göz önündədir. Abbas Hüseynov isə bu qoldan sonra özünəinamı artıra bilər".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top