Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı

İDMAN 21 okt 2021, 20:26
Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi “Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl anılıb.
 
Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına bir saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun bütün tablolarında Əşrəfoğlunun fotosu əks olunub.
 
Qeyd edək ki, “Qarabağ” – “Kayrat” oyunu bu gün saat 20:45-də başlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top